Hərbi helikopter qəzaya uğradı - Sağ qalan yoxdur

Rusiyanın Orlovski vilayətində "Mi-8" hərbi helikopteri qəzaya uğrayıb.
Bu barədə TNS Rusiya KİV-ə istinadən xəbər verir.
Məlumata görə, helikopter Narışkino yaşayış məntəqəsi yaxınlığında yerləşən əvvəllər kimyəvi maddələrin saxlandığı köhnə çəlləklərin üzərinə düşüb və alovlanıb. Təyyarədə heç bir sursat olmayıb.
İlkin məlumatlara görə, qəza nəticəsində iki nəfər ölüb: pilot və bort mühəndisi.
Bildirilir ki, pilot sona qədər helikopteri fərdi yaşayış evlərindən uzaqlaşdırmağa çalışıb.
Hadisə yerinə yanğınsöndürmə bölmələri göndərilib.
İlkin ehtimala görə, faciəyə səbəb texniki nasazlıq olub.