Close

Güclü zəlzələ baş verdi

Qazaxıstanın şərqində güclü zəlzələ baş verib.

TNS xəbər verir ki, bu barədə Avropa- Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələ Qazaxıstanın 145 min nəfər əhalisi olan Taldıkorqan şəhərindən 20 kilometr aralıda qeydə alınıb.

Yeraltı təkanın 4,6 bal gücündə olduğu bildirilir.

Zəlzələnin yeraltı ocağı 20 km dərinlikdə qeydə alınıb.

Zərərçəkənlər və dağıntılar barədə məlumat verilmir.