Close

İran-ABŞ danışıqlarının beşinci raundu başa çatıb - YENİLƏNİB

İran ABŞ danışıqlarının beşinci raundu başa çatıb.

TNS xəbər verir ki, bu barədə Oman xarici işlər naziri Bədr Əlbusaidi bildirib.

"İran ABŞ danışıqlarının beşinci raundu bu gün Romada bəzi, lakin qəti olmayan irəliləyişlə başa çatıb. Ümid edirik ki, yaxın günlərdə qalan məsələlərə aydınlıq gətirək, davamlı və şərəfli razılığın əldə olunması kimi ümumi məqsədə doğru irəliləməyə imkan verək", - nazir qeyd edib.

16:10

İran və ABŞ arasında dolayı danışıqların beşinci raundu başlayıb.

TNS xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Danışıqlar Omanın Romadakı səfirliyində keçirilir.

Danışıqlara İran tərəfdən xarici işlər naziri Abbas Araqçi, ABŞ-dan isə Prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff rəhbərlik edir.

İran-ABŞ danışıqlarının 4-cü raundundan sonra Stiv Uitkoff bildirib ki, ABŞ İranda uranın bir faiz belə zənginləşdirilməsini qəbul etməyəcək. İran XİN rəhbəri Abbas Araqçi buna cavab olaraq bildirib ki, razılıq əldə olunub-olunmasa da, uranın zənginləşdirilməsinə dəfələrlə qadağa qoyulmasına baxmayaraq, Tehran bu prosesi davam etdirəcək.