Close

289 işçi yerin altında qalıb

Cənubi Afrikada (Cənubi Afrika Respublikası) 289 işçi mədəndə yerin altında qalıb.

TNS xəbər verir ki, bu barədə “Reuters” agentliyi respublikanın milli mədənçilər birliyinə istinadən məlumat yayıb.

Fövqəladə hadisə mayın 22-də axşam saatlarında baş verib.

Nəşrin məlumatına görə, heç kim xəsarət almayıb və xilasetmə əməliyyatı günün sonuna qədər başa çatacaq.