28,7 milyard dollar... - Yusuf Ələkbərov birincidir

Məşhur "Forbes" jurnalı rusiyalı milyarderlərin potensial varislərinin reytinqini tərtib edib.
TNS xəbər verir ki, jurnal onların valideynlərinin əmlakını övladları arasında bölüşdürüb.
İlk 5-liyə sərvətləri milyardlarla dollarla qiymətləndirilən Ələkbərovlar, Mixelson, Lisin, Melniçenko və Timçenko ailələri daxil olub.
Siyahıya 28,7 milyard dollar potensial mirasla Yusuf Ələkbərov ("Lukoyl"un yaradıcısı, azərbaycanlı iş adamı Vahid Ələkbərovun oğlu) başçılıq edir. O, neft şirkətinin səhmlərinin 28,3%-ni ala bilər.
"Forbes"in siyahısında "Lukoyl"un yaradıcısı Vaqit Ələkbərov Rusiyanın ən zəngini olaraq qalır. Ən zəngin yeni gələn "Pharmasyntez"in sahibi Vikram Puniadır. 2025-ci ildə rusiyalı milyarderlərin ümumi sərvəti 2021-ci ilin rekordunu üstələyərək 625,5 milyard dollar təşkil edib.