Close

Türkiyədə vəfat edən turistin ürəyi oğurlanıb?

Türkiyədə həyatını itirən İngiltərə vətəndaşı Beth Martinin ürəyinin oğurlandığı iddia edilir.

TNS xəbər verir ki, Türkiyə Səhiyyə Nazirliyi bəzi media orqanlarında yayılan bu xəbərlə bağlı açıqlama verib.

İddiaya görə, İngiltərədə aparılan tibbi ekspertiza zamanı Martinin ürəyinin olmadığı müəyyənləşdirilib.

Nazirlik Türkiyədə tətil zamanı vəziyyəti pisləşən ingilis turistin müalicə aldığı xəstəxanada çoxlu orqan çatışmazlığına görə ürək dayanması səbəbiylə həyatını itirdiyini bildirib.

Həmçinin qeyd olunub ki, həyat yoldaşının qida zəhərlənməsi ola biləcəyini ifadə etməsindən sonra məhkəmə-tibbi ekspertiza tərəfindən meyit yarılmadan ilkin müayinə aparılıb, ancaq xəstənin dəqiq ölüm səbəbini müəyyənləşdirmək mümkün olmayıb. Xəstə üzərində heç bir cərrahi əməliyyat həyata keçirilməyib və orqanları çıxarılmayıb.