Close

Qəzzaya atom bombası atmaq təklif edildi

ABŞ Konqresinin Respublikaçılar Partiyasından olan üzvü Rendi Fayn Qəzzanı nüvə silahı ilə vurmağa çağırıb.

TNS xəbər verir ki, bu barədə o, “Fox News”a müsahibəsində bildirib.

Konqresmenin sözlərinə görə, Qəzzadakı münaqişənin yeganə həll yolu terroru dəstəkləyənlərin tam təslim olmasıdır.

"İkinci Dünya müharibəsində biz nasistlərlə təslim olmaq barədə danışıqlar aparmadıq. Biz yaponlarla da təslim olmaq barədə danışıqlar aparmadıq. Biz qeyd-şərtsiz təslim olmağı təmin etmək üçün Yaponiyanı iki dəfə nüvə silahı ilə vurduq”, - Fayn bildirib.

Konqresmen Qəzzada da eyni addımın atılmalı olduğunu əlavə edib.