Close

Türkiyə Suriyaya təbii qaz satacaq

Türkiyə tezliklə Suriyaya iki milyard kubmetr həcmində təbii qaz ixracına başlayacaq.

TNS xəbər verir ki, bunu Suriyada səfərdə olan Türkiyənin enerji və təbii ehtiyatlar naziri Alparslan Bayraktar deyib.

O, fikrinin davamında bildirib ki, Türkiyə Suriyaya elektrik enerjisi ixracatını da üçqat artıracaq.

Daha sonra Alparslan Bayraktar Dəməşqdə suriyalı həmkarı Məhəmməd Bəşirlə görüşüb. Görüşün sonunda iki ölkə arasında enerji, mədənçıxarma və karbohidrogen sahələrində əməkdaşlıq sazişi imzalanıb.