Konsertə gələn 10 minlərlə insan təhlükədədir
14
16:09 - 22 May 2025

Latın musiqisinin ulduzu Şakiranın Nyu Cersidəki konsertindən sonra on minlərlə insan təhlükədədir.
TNS xəbər verir ki, Nyu-Cersi Səhiyyə Departamenti konsert iştirakçılarından birinə qızılca diaqnozu qoyulduğundan yoluxucu olduğu barədə açıqlama yayıb.
Səlahiyyətlilər, konsert məkanında olan hər kəsin qızılca xəstəliyinə məruz qala biləcəyini və ən geci iyunun 6-na qədər xəstəliyə məruz qalan insanlarda simptomlar görünəcəyini bildiriblər.
Ona görə də qarşıdakı günlər konsertə gələn minlərlə insan üçün kritik əhəmiyyət kəsb edir.