Close

Qəzzada ölən uşaqların SAYI

2023-cü ilin oktyabrından bəri Qəzza zolağında 16500-dən çox uşaq ölüb.

TNS xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.

Statistik məlumatlara görə, qeyd olunan müddət ərzində anklavda 1 yaşa qədər 916 körpə, 1 yaşdan 5 yaşa qədər 4365, 6 yaşından 12 yaşa qədər 6101 uşaq, yaşı 17-dən az olan 5124 yeniyetmə ölüb.

Nazirlik beynəlxalq ictimaiyyəti və humanitar təşkilatları Qəzzadakı vəziyyətə görə hüquqi və mənəvi məsuliyyəti öz üzərinə götürməyə, zolaqda müharibəyə son qoymaq üçün təcili tədbirlər görməyə və mülki şəxslərə qarşı cinayətlərə görə İsrail hakimiyyətini məsuliyyətə cəlb etməyə çağırıb.