100-lərlə sərnişin aeroportlarda qalıb
9
11:48 - 22 May 2025

Ukraynanın dronların paytaxta endirdiyi zərbələr səbəbindən yüzlərlə rusiyalı Moskva hava limanlarında qalıb.
TNS xəbər verir ki, bu barədə “Shot” Telegram kanalı məlumat yayıb.
Mənbənin sözlərinə görə, Vnukovoda azı 13, Domodedovoda 11 reys gecikir. Bundan əlavə, Şeremetyevoda da gecikmələr müşahidə olunur.
Qeyd olunub ki, hazırda gözləmə yerlərində çoxlu sərnişinlər, o cümlədən uşaqlı olanlar var. Bəziləri dünən gecə uçmalı olsalar da, “Xalça” planına görə uçuşları artıq bir neçə dəfə təxirə salınıb.