Close

Baydenin nə qədər ömrü qalır?- Ağ Evin həkimindən AÇIQLAMA

ABŞ-nin sabiq Prezidenti Co Baydenin metastatik prostat xərçəngi ilə bağlı proqnozları məyusedicidir və siyasətçi bir il ərzində ölə bilər.

TNS xəbər verir ki, bunu Ağ Evin sabiq həkimi Ronni Cekson “Washington Free Beacon” qəzetinə deyib.

"Mən bir neçə uroloqla danışmışam və ümumi konsensus ondan ibarətdir ki, bu, 12-18 ay çəkə bilər",- həkim bildirib.

Baydenin şəxsi ofisi bazar günü "kiçik düyün" kimi təsvir edilənin əslində sümüklərə metastaz vermiş dördüncü mərhələ prostat xərçəngi aşkarlandığını açıqlayıb.