Prezident mətbuat konfransında jurnalisti qovdu
18
10:07 - 22 May 2025

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa ilə keçirdiyi mətbuat konfransında jurnalistlərdən birini qovub.
TNS xəbər verir ki, buna səbəb NBC müxbirinin Qətərin ona hədiyyə etdiyi təyyarə ilə bağlı sual verməsi olub.
Tramp açıq şəkildə jurnalisti təhqir edərək, "Çıx get öz studiyana. NBC-ni araşdırmaq lazımdır" deyib.
Qeyd edək ki, Tramp mayın 12-də Yaxın Şərqə səfəri zamanı Qətərin ona Boeing 747-8 təyyarəsi hədiyyə etmək istədiyini açıqlayıb.