Diplomatları güllələyən şəxs həbs edilib

Vaşinqtonda Yəhudi Muzeyi qarşısında İsrail səfirliyinin iki əməkdaşını güllələyən şəxs həbs edilib.
TNS xəbər verir ki, bu barədə Associated Press (AP) məlumat yayıb.
Şəhərin polis rəisi Pamela Smitin sözlərinə görə, ölən diplomatlar kişi və qadındır. Onlar muzeydə keçirilən tədbirdən çıxarkən 30 yaşlı şübhəli şəxs “Fələstinə Azad!” şüarı səsləndirirək atəş açıb.
CBS telekanalının məlumatına görə, diplomatik missiyanın daha bir neçə əməkdaşı da yaralanıb
ABŞ Prezidenti Donald Tramp “Truth Social”da Vaşinqtonda baş verən atışmanı “antisemitizmdən qaynaqlanan” hadisə adlandırıb.