ABŞ-də israilli diplomatlar öldürüldü
14
09:07 - 22 May 2025

Vaşinqtonda Yəhudi Muzeyinin qarşısında bir kişi və bir qadın güllələnərək öldürülüb. Ölənlər İsrail səfirliyinin əməkdaşlarıdır.
TNS xarici KİV-ə istinadla xəbər verir ki, bunu ABŞ-nin daxili təhlükəsizlik üzrə katibi Kristi Noem açıqlayıb.
Hazırda hadisənin detalları məlum deyil. Hüquq-mühafizə orqanları araşdırma aparır.
Qeyd edək ki, hadisənin baş verdiyi muzey Federal Təhqiqatlar Bürosunun Vaşinqton Ofisinin yanında yerləşir.