Close

İran ikili vətəndaşlığa malik qadın məhbusu azad etdi

İran və Böyük Britaniya ikili vətəndaşlığına malik olan Nasrin Rouşan adlı qadın məhbus Tehranın məşhur Evin həbsxanasından şərti olaraq azad edilib.

Bu barədə TNS "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir.

Məlumata görə, o, "əlbir olma və qeyri-qanuni toplantılarda iştirak etmə" ittihamı ilə 4 il, həmçinin "dövlət sisteminə qarşı təbliğat" ittihamı ilə 8 ay müddətinə həbs cəzasına məhkum edilib, sonradan bu müddət 3 ilə endirilmişdi.

Bildirilib ki, ittihamlar onun Məhsa Əmininin ölümündən sonra məcburi hicab taxılmasına qarşı keçirilən etiraz aksiyalarında iştirakı ilə bağlı olub. Rouşan uzun müddət Böyük Britaniyada yaşayıb.