İran parlamenti Rusiya ilə strateji tərəfdaşlıq müqaviləsini təsdiqləyib
6
15:40 - 21 May 2025

İran parlamenti Rusiya ilə hərtərəfli strateji tərəfdaşlıq haqqında müqaviləni təsdiqləyib.
TNS xəbər verir ki, bu barədə dövlət mediası məlumat yayıb.
Qanun layihəsi 201 səsvermədən 191 lehinə, 8 əleyhinə və 2 bitərəf olmaqla qəbul edilib.
Qeyd edək ki, hərtərəfli strateji tərəfdaşlıq haqqında müqavilə Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Məsud Pezeşkian yanvarın 17-də imzalanıb.
Saziş 16 apreldə Rusiya Dövlət Duması tərəfindən ratifikasiya edilib.