Close

"Kallasın bəyanatını rədd edirik"

İsrail AB diplomatiyasının rəhbəri Kaya Kallasın Qəzzadakı vəziyyətlə əlaqədar qurumla Təl-Əviv arasında assosiasiya sazişinə yenidən baxılmasına dair bəyanatlarını tamamilə rədd edir.

TNS xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Kallasın İsraillə bağlı bəyanatına gəlincə, İsrailin üzləşdiyi mürəkkəb reallığın tam səhv başa düşülməsini əks etdirən bu bəyanatda götürülmüş istiqaməti tamamilə rədd edirik. İsrailə qarşı müharibə HƏMAS tərəfindən aparılır və buna görə HƏMAS-a təzyiq göstərilməlidir”, - məlumatda bildirilib.

Qeyd edək ki, mayın 20-də Kaya Kallas Avropa Birliyinin İsraillə assosiasiya sazişini yenidən nəzərdən keçirmək qərarına gəldiyini demişdi.