İran sahillərində BƏƏ-yə məxsus tanker qaçırılıb

İran sahillərində Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) məxsus neft tankerinin ələ keçirilib.
TNS xəbər verir ki, "Azad İran" "Telegram" kanalının məlumatına görə, bu barədə Böyük Britaniyanın dəniz təhlükəsizliyi sahəsində fəaliyyət göstərən "Ambrey" şirkəti xəbər yayıb.
Bildirilib ki, Panama bayrağı altında üzən tanker İranın Casək limanından təxminən 51 dəniz mili (təxminən 94 kilometr) şimal-qərbdə olarkən qəza siqnalı göndərərək qaçırıldığını bildirib.
Tankerin İranın beynəlxalq sanksiyalardan yayınmaq məqsədilə istifadə etdiyi "kölgə donanması" ilə əlaqəli ola biləcəyi ehtimal edilir.