Close

Sabiq prezidentin müşaviri güllələndi

Ukraynanın sabiq Prezidenti Viktor Yanukoviçin müşaviri Andrey Portnov Madriddə güllələnib.

TNS xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Polisin istintaqına yaxın mənbə nəşrə bildirib ki, naməlum silahlı şəxs keçmiş ukraynalı siyasətçi Andrey Portnovu çərşənbə günü səhər saatlarında Madridin zəngin qəsəbəsindəki məktəbin qarşısında güllələyib.

İspaniya mətbuatının xəbərinə görə, Portnov uşaqlarını məktəbə aparırmış və motosikletli qatil onun sinə nahiyəsinə 4, başına isə 1 dəfə atəş açıb.