Close

ABŞ-də erməni mütəşəkkil cinayətkar dəstənin 13 üzvü saxlanılıb

ABŞ-da erməni mütəşəkkil cinayətkar dəstənin üzvü olmaqda şübhəli bilinən 13 nəfər saxlanılıb.

TNS xəbər verir ki, bu barədə ABŞ KİV-i məlumat yayıb.

Onlara qarşı adam öldürməyə cəhd, adam oğurluğu, qanunsuz silah saxlama, bank və elektron dələduzluq, həmçinin 80 milyon dollardan çox məbləğdə yük oğurluğu kimi ciddi ittihamlar irəli sürülüb.

Qeyd olunub ki, bu transmilli cinayətkar təşkilat "ictimai təhlükəsizliyə, həmçinin qanuni ticarət və təchizat zəncirlərinə böyük ziyan vurub".

Hüquq-mühafizə orqanları çərşənbə axşamı əməliyyat zamanı təxminən 100 min dollar nağd pul, üç zirehli avtomobil və 14 ədəd odlu silah müsadirə edib

ABŞ prokurorluğundan bildirilib ki, 13 nəfərin təqsiri sübuta yetiriləcəyi halda onları 10 ildən ömürlük həbsə qədər cəza gözləyir.