Close

Hayk Koncoryan Robert Köçəryanın törətdiyi cinayətləri açıqladı

“Ermənistanın sabiq prezidenti Robert Köçəryanın hakimiyyəti dövründə onlarla siyasi qətllər baş verib”.

TNS xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının parlament fraksiyasının rəhbəri Hayk Koncoryan deyib.

“Robert Köçəryanın hakimiyyəti dövründə baş vermiş bəzi siyasi qətlləri xatırlayıram:

Ermənistan Baş prokuroru Henrik Xaçaturyan öz kabinetində, prokuror Aram Karapetyan, müdafiə nazirinin müavini Vahram Xorxoruni 1998-ci ildə öz yaşayış binasında güllələnib və sair. Bunlar Robert Köçəryanın qanlı hakimiyyəti dövründə olanların çirkin sübutlarıdır, bu qətllərin üstü açılmayıb.

Robert Köçəryan “daxili resursları birləşdirək və bərpa edək” deyəndə nəyi nəzərdə tutur? Yarımçıq qalan işini (Ermənistanı Rusiyadan tam asılı vəziyyətə salmaq) bitirmək istəyir? Qoy o, bu suallara cavab versin: 27 oktyabr və 1 mart hadisələri necə baş verdi? İndi dövlətin adından hansı üzlə danışır? Bu müddət ərzində yalnız onun çevrəsi çiçəklənib, milyonçu olub, ölkə yox.

Köçəryan heç vaxt erməni xalqının müttəfiqi olmayıb, erməni xalqına xəyanət edib, öz dəstəsi ilə xalqı qarət edib, minlərlə insanı öz vətənindən didərgin salıb, onları quldurcasına mülklərindən məhrum edib.

Köçəryanın hakimiyyəti dövründə onlarla siyasi sui-qəsdlər olub, o, xalqa məxsus əmlakı borcunun müqabilində Rusiyaya verib, o, xalqa sadiq olmayıb və əgər siz xarici dövlətə sadiq olmağa hazırsınızsa, deməli, dövlətinizi hərraca çıxarırsınız”.