Yeni Papanın ABŞ-dəki evini almaq istəyirlər
5
12:05 - 21 May 2025

Çikaqonun Dolton şəhərətrafı qəsəbəsinin səlahiyyətliləri hərraca çıxarılan Papa XIV Leonun (Robert Prevost) uşaqlıq evini almağı planlaşdırır.
TNS xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
May ayında XIV Leo-nun uşaqlığının keçdiyi ev 250.000 dollar başlanğıc qiyməti ilə hərraca çıxarılıb.
Yerli məmurlar evin tarixi abidə kimi təyin edilməsi üçün Çikaqo Baş yeparxiyası ilə işləməyi planlaşdırır.
Qeyd edək ki, Prevost Konklavda kardinalların səsverməsi nəticəsində 267-ci Papa olub. O, Müqəddəs Taxt-taca rəhbərlik edən ilk amerikalıdır.