Close

Kənd təsərrüfatı naziri istefa verdi

Yaponiyanın kənd təsərrüfatı naziri Taku Eto düyü qalmaqalı fonunda istefa verib.

TNS xəbər verir ki, bu barədə “Kyodo News” məlumat yayıb.

Nazir həftəsonu siyasi ianə toplama tədbirində tərəfdarlarından aldığı hədiyyələr sayəsində “heç vaxt düyü almalı olmadığını” söyləməsi ilə bağlı mətbuatda yayılan xəbərlərdən sonra çətin vəziyyətə düşüb.

"Reuters"in xəbərinə görə, bu şərh zəif məhsul və turizm bumundan artan tələbat səbəbindən əsas ərzaq məhsullarının yüksək qiymətlərindən qəzəblənən seçicilərin tənqid fırtınasına səbəb olub.

Eto istefa ərizəsini verdikdən sonra jurnalistlərə deyib: "Vətəndaşların düyü qiymətlərinin kəskin bahalaşmasından əziyyət çəkdiyi bir vaxtda mən çox yersiz bir fikir söylədim".

"The Guardian”nın məlumatına görə, Taku Etonun yeinə sabiq ətraf mühit naziri, 44 yaşlı Şinjiro Koizuminin təyin olunması planlaşdırılır.