Məktəb avtobusu partladılıb, ölənlər var
91
11:11 - 21 May 2025

Pakistanın Bəlucistan əyalətinin Xudzar rayonunda məktəb avtobusunun partladılması nəticəsində beş nəfər, o cümlədən üç uşaq həlak olub.
TNS xəbər verir ki, bu barədə Pakistanın "Dawn" qəzeti məlumat yayıb.
Partlayış nəticəsində bir neçə nəfərin yaralandığı bildirilir.
Yaralılar xəstəxanaya yerləşdirilib, hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyirlər.
Yerli hakimiyyət orqanları partlayışda "Hindistanın Bəlucistandakı əlaltılarını" günahlandırıblar.