Close

15:16
21 May 2025

Qəzzada bir gündə təxminən 100 nəfər ölüb

Son 24 saatda İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində azı 98 nəfər ölüb.

TNS xəbər verir ki, bu barədə Qətərin “Al Jazeera” telekanalı anklavın Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Telekanala görə, son 24 saat ərzində daha təxminən 300 nəfər yaralanıb.

Qəzza Səhiyyə Nazirliyinin statistikasına görə, İsrailin martın 18-də bölgədə döyüş əməliyyatlarını bərpa etdiyi vaxtdan 3 427 nəfər öldürülüb, 9 647 nəfər yaralanıb. 2023-cü ilin oktyabrında Fələstin – İsrail münaqişəsinin kəskinləşməsindən bəri ölənlərin sayı 53 573-ə, yaralananların sayı isə 121 688 nəfərə çatıb.

Xatırladaq ki, martın 18-də İsrail ordusu Qəzza zolağında döyüş əməliyyatlarını bərpa edərək anklava kütləvi zərbələr endirib.