Lavrovla iranlı naziri səhv saldılar

İrəvanın Zvartnots hava limanında Ermənistanın "Respublika Naminə" partiyasının fəalları səhvən İranın müdafiə naziri Əziz Nəsirzadənin kortejini Rusiyanın xarici işlər naziri Sergey Lavrovun nümayəndə heyəti ilə səhv salaraq ona qarşı "etiraz" keçiriblər.
TNS bu barədə TASS-a istinadən xəbər verir.
İran müdafiə nazirinin korteji keçərkən anti-Rusiya fəalları təxribat xarakterli işarələr nümayiş etdiriblər. Yerli KİV-lərdə nümayişin videosu "Lavrov İrəvanda etirazla qarşılanıb" yazısı ilə yayımlanıb. Məlumata görə, bu vaxt Lavrov hələ Ermənistanın paytaxtına hələ gəlməyibmiş.
Bundan əvvəl KİV-də bir qrup erməni fəalın İrəvandakı Rusiya səfirliyi və Kiyev körpüsü yaxınlığında Rusiya prezidentinin ünvanına təhqirlər yazılmış plakatlar asdığı barədə məlumat yayılmışdı.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova təxribatı şərh edərkən bəyan edib ki, İrəvan fəallarının Rusiya Prezidenti Vladimir Putinə qarşı səsləndirdiyi təhqiramiz bəyanatlarlarda, ehtimal ki, ABŞ səfirliyinin əməkdaşlarının əli var. Eyni zamanda, Zaxarova Rusiyanın Ermənistanla müsbət gündəmə fokuslandığını vurğulayıb.