Close

Qəzzaya 93 yardım maşını daxil olub

Bu gün Kerem-Şalom keçidindən Qəzza zolağına un, uşaq qidası, tibbi avadanlıq və dərmanlar daxil olmaqla humanitar yardım daşıyan 93 BMT yük maşını daxil olub.

TNS xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda İsrailin ərazilərdəki fəaliyyətinin koordinatoru bildirib.

O qeyd edib ki, bütün yardımlar Müdafiə Nazirliyinin Quru Tranzit Müdirliyi tərəfindən hərtərəfli təhlükəsizlik yoxlanışından sonra təhvil verilib.