Rubio: "Suriyanın keçid hakimiyyəti həftələr ərzində süqutla üzləşə bilər"

ABŞ dövlət katibi Marko Rubio Suriyanın həftələr ərzində vətəndaş müharibəsi ilə üzləşə biləcəyi barədə xəbərdarlıq edib.
TNS xəbər verir ki, Rubio bunu Senatın Xarici Əlaqələr Komitəsində dinləmələrdə deyib.
Onun sözlərinə görə, hazırkı Suriya hökuməti cəmi bir neçə həftə ərzində süqutla üzləşə bilər ki, bu da ölkənin parçalanmasına gətirib çıxara bilər:
“Əslində, bizim qiymətləndirməmizə görə, keçid hökuməti üzləşdiyi çətinlikləri nəzərə alaraq, potensial çöküşdən və genişmiqyaslı vətəndaş müharibəsindən bəlkə də bir neçə həftə, bir neçə ay uzaqdadır”.