İsrail səfiri Britaniya XİN-ə çağırılıb

İsrail səfiri Böyük Britaniya Xarici İşlər Nazirliyinə çağırılıb.
TNS xəbər verir ki, bu barədə Britaniyanın xarici işlər naziri David Lammy bildirib.
O, İsrail səfirinin çağırıldığını və azad ticarət sazişi üzrə danışıqların dayandırıldığını açıqlayıb.
"Britaniya hökuməti İsraillə Azad Ticarət Sazişi üzrə danışıqları dondurur. Böyük Britaniya Qəzza üzərindən yeni, geniş quru əməliyyatına qarşıdır, Biz ədalətli və davamlı sülh üçün yeganə çərçivə olaraq qalan iki dövlətli həlldən imtina etməyəcəyik. Biz artıq İsrailə Qəzzaya qarşı müharibədə istifadə oluna biləcək silah satışını dayandırmışıq", - nazir qeyd edib.