Close

Qəzzadakı dağıntıların miqdarı açıqlanıb

2023-cü ildən bəri Qəzzada evlərin 92 faizi zərər görüb və ya dağılıb.

TNS xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) məlumat yayıb.

UNRWA-nın bəyanatında qeyd olunub ki, Qəzzada ailələr ağlasığmaz dağıntılarla üzləşiblər, saysız-hesabsız fələstinlilər dəfələrlə məcburi köçkünə çevriliblər və sığınacaqlar çox azdır.