Close

Hindistan və Pakistan qüvvələrini münaqişədən əvvəlki mövqelərə çəkməyə razılaşıb

Hindistan və Pakistan may ayının sonuna qədər qüvvələrini münaqişədən əvvəlki mövqelərə çəkməyə razılaşıblar.

TNS xəbər verir ki, bu barədə Pakistanın yüksək rütbəli təhlükəsizlik rəsmisi AFP-yə bildirib.

Məlumat görə, 2 dövlət son münaqişə zamanı yerləşdirilən öz qoşunlarını may ayının sonuna qədər sülh dövründəki mövqelərinə geri çəkməyə razılaşıb.