Hərbi təyyarə qəzaya uğradı: ölənlər var
11
20:58 - 19 May 2025

Misir Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus təlim təyyarəsi təlim uçuşu zamanı ölkənin poliqonlarından birində qəzaya uğrayıb.
TNS xəbər verir ki, bu barədə Misir Silahlı Qüvvələrinin mətbuat katibi sosial şəbəkədə məlumat yayıb.
Açıqlamaya görə, hadisə nəticəsində təyyarənin ekipajı ölüb. Qeyd olunur ki, insidentə səbəb texniki nasazlıq olub.
“Müvafiq orqanlar lazımi tədbirlər görür”, - paylaşımda deyilir.