"Putin müharibədən necə çıxacağını bilmir”
11
19:22 - 19 May 2025

Ukraynada müharibənin başa çatması ilə bağlı danışıqlar dalana dirənib.
TNS xəbər verir ki, bu barədə “Fox news” ABŞ-ın vitse-prezidenti Cey Di Vensə istinadən məlumat yayıb.
“Ukraynadakı müharibə ilə bağlı danışıqların müəyyən bir çıxılmaz vəziyyətə düşdüyünü başa düşürük”, - ABŞ-ın vitse-prezidenti deyib.
Eyni zamanda, o əlavə edib ki, Rusiya Prezidenti Vladimir Putin “müharibədən necə çıxacağını tam bilmir”.
“Əgər Rusiya iştirak etmək istəmirsə, nəticədə ABŞ bunun bizim müharibəmiz olmadığını söyləməlidir”, Vens vurğulayıb.