Close

Tramp Putindən sonra Zelenski ilə danışacaq

Rusiya lideri Vladimir Putin bu gün Şərqi Avropa vaxtı ilə saat 17:00-da ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparacaq.

TNS The New Voice of Ukraine-ya istinadla xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.

Onun sözlərinə görə, iki lider 16 mayda İstanbulda keçirilən Ukrayna-Rusiya danışıqlarının nəticələrini müzakirə edəcəklər.

Bundan əvvəl, 18 mayda, Böyük Britaniyanın Baş naziri Keir Starmer, Almaniya kansleri Fridrix Mers və İtaliyanın Baş naziri Corciya Meloni Trampla birgə telefon danışığı aparıblar.

Mayın 17-də isəABŞ Prezidenti Donald Tramp, “həftəlik 5.000-dən çox Rusiya və Ukrayna əsgərinin ölümünə səbəb olan qanlı qırğınları dayandırmaq” və ticarət mövzusunda danışmaq üçün Vladimir Putinlə telefon danışığı aparacağını bildirib.

Trampın daha sonra Ukrayna Prezidenti Volodimir Zelenskiy və bəzi NATO ölkələrinin liderləri ilə də danışması gözlənilir.