Close

Həm dəstək verir, həm də etiraz edir

ABŞ-nin hazırkı vitse-prezidenti Ceyms Devid Vens İsrail Müdafiə Qüvvələrinin Qəzzada genişmiqyaslı hərbi əməliyyat keçirməsindən narahat olduğu üçün İsrailə səfər etməmək qərarına gəlib.

TNS xəbər verir ki, bu barədə Amerika administrasiyasındakı mənbələrə istinadən “Axios” nəşri məlumat yayıb.

Səfərin ləğvinə rəsmi səbəb maddi-texniki çətinliklər olub. Bununla belə, nəşrin yazdığına görə, qərar siyasi xarakter daşıyır və Vaşinqtonun İsrailin hazırkı hərbi kampaniyasını (xüsusən də Tramp administrasiyasının dərhal atəşkəs və girovların azad edilməsini tələb etdiyi şəraitdə) dəstəkləyir təəssuratının qarşısını almağa yönəlib.

"Axious"un qeyd etdiyi kimi, Vensinin qərarı Amerika diplomatiyasının sadiq qaldığı incə xətti əks etdirir: İsraili müttəfiq kimi dəstəkləmək, eyni zamanda beynəlxalq tənqidə səbəb olan hərəkətlərdən uzaqlaşmaq.