Close

Avropada Rusiyaya qarşı hazırlıq: "ABŞ-dən dəstək gözləyirik"

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 18-ci sanksiyalar paketini hazırlayır.

TNS xəbər verir ki, bu barədə Almaniya hökumətinin sözçüsü Ştefan Kornelius məlumat verib.

“18-ci paket hazırlanır. Bu, Kiyevdə verilən (Almaniya, Polşa, Böyük Britaniya və Fransa liderlərinin) bəyanatın nəticəsidir. Yeni sanksiya paketi üçün bütün variantlar nəzərdən keçirilir, bu, amerikalılarla da razılaşdırılmalıdır. Birgə sanksiyalar daha effektlidir, onların daha böyük qüvvəsi var”, - Kornelius bildirib.

Onun sözlərinə görə, Kansler Fridrix Merts yeni paket üzərində avropalı və amerikalı tərəfdaşlarla işləyir.

“Yeni paketə ABŞ-nin dəstəyi vacibdir”, - Kornelius əlavə edib.

Xatırladaq ki, Aİ-nin Rusiyaya qarşı 17-ci sanksiyalar paketi ötən həftə qəbul edilib.