Close

Sərnişin təyyarəsi 10 dəqiqə pilotsuz uçub

“Lufthansa”nın Frankfurt-Sevilya reysi zamanı təyyarə kokpitdə pilot olmadan təxminən 10 dəqiqə uçub.

TNS xəbər verir ki, bu barədə İspaniyanın Hava Qəzalarının Təhqiqat Xidmətinin hesabatına istinadən “Associated Press” agentliyi məlumat yayıb.

Məlum olub ki, hadisə hələ ötən ilin fevralında baş verib, ancaq indi açıqlanıb. Uçuş zamanı “Airbus A321” təyyarəsinin kapitanı taualetə getdiyi üçün kabinədə tək qalan pilot anidən huşunu itirib.

İdarəetmədə bir insanın olmamasına baxmayaraq, təyyarə avtopilot sayəsində sabit uçmağa davam edib. Bu müddət ərzində kokpit səs yazıcısı kabinədə təcili tibbi yardım səslərinə bənzər qəribə səslər qeydə alıb.

Kapitan kabinəyə qayıtmağa çalışsa da, qapı açılmayıb.Qapını zorla açmağa imkan verən qəza kodunun daxil edilməsinə az qalmış pilot özünə gəlib.

Təyyarə Madridə planlaşdırılmamış eniş edib və pilot həkimlərə təhvil verilib.

“Lufthansa” artıq hadisə ilə bağlı öz araşdırmasını apardığını təsdiqləyib, lakin onun nəticələri açıqlanmayıb.

Təyyarədə 199 sərnişin və altı ekipaj üzvü olub.