Avropa İttifaqı “xalqlar həbsxanası”dır

Avropa İttifaqı “xalqlar həbsxanası”dır.
TNS TASS-a istinadən xəbər verir, bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Avropa parlamentariləri ilə KTMT PA arasında təmasların məhdudlaşdırılması səbəbindən deyib.
Onun sözlərinə görə, Aİ-də hazırda fərqli atmosfer, qərarlar və siyasətçilər var ki, onlar “güclərini itirməkdən qorxaraq həmkarları, deputatlar və bu təşkilatda iştirak edən ölkələr arasında ünsiyyəti məhdudlaşdırmaq üçün hər şeyi etməyə başlayıblar”.
Qeyd edək ki, Avropa Parlamenti mayın 9-da Qələbənin 80-ci ildönümünün qeyd edilməsi zamanı Moskvaya səfər etmiş parlament üzvləri ilə bağlı araşdırmaya başlayıb.