Close

Baydenə xərçəng diaqnozu qoyuldu

ABŞ-nin sabiq prezidenti Co Baydenə prostat xərçəngi diaqnozu qoyulub.

TNS xəbər verir ki, bu barədə onun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, şiş artıq Baydenin sümük toxumasına metastaz verib. Buna baxmayaraq, effektiv müalicənin mümkün olduğuna inanılır.

Hazırda siyasətçi və ailəsi həkimlərlə birlikdə müxtəlif müalicə variantlarını nəzərdən keçirirlər.