İran vətəndaşları həbs olundu: səfir XİN-ə çağırıldı

Böyük Britaniyanın Tehrandakı müvəqqəti işlər vəkili İran Xarici İşlər Nazirliyinə çağırılıb.
TNs xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Diplomatik addım bu ay Britaniya polisi tərəfindən iki ayrı əməliyyatda saxlanılan 7 İran vətəndaşının həbsindən sonra atılıb.
Həbs edilənlərdən üçü artıq rəsmi olaraq “İran kəşfiyyatına yardım məqsədi daşıyan” fəaliyyətlə məşğul olmaqda ittiham olunub.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Britaniyanın ittihamlarını yalan adlandırıb və bildirib ki, Londonun hərəkətləri siyasi motivlidir və İrana təzyiq etmək məqsədi daşıyır.