Close

Rumıniyada Rusiyanın prezident seçkisinə müdaxiləsi qeydə alınıb

Rumıniya Xarici İşlər Nazirliyinin sözçüsü Andrey Çernya ölkədə keçirilən prezident seçkisinin ikinci turuna "Rusiyanın müdaxiləsi" əlamətlərinin qeydə alındığını iddia edib.

TNS xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Onun sözlərinə görə, seçki prosesinə təsir etmək üçün "Telegram" messencerində "saxta xəbərlər kampaniyası" başlanıb.

Qeyd edək ki, Rumıniya prezidenti postu uğrunda müxalif millətçi Rumınların Birləşməsi Alyansının lideri Corce Simion və Buxarestin meri vəzifəsini tutan avropayönlü müstəqil namizəd Nikuşor Dan mübarizə aparırlar.