Qəzzadan İsrailə iki raket atıldı
2
20:00 - 18 May 2025

Qəzza sektorundan İsrailə iki raket atılıb.
TNS xəbər verir ki, bu barədə İsrail ordusunun məlumatında deyilir.
Raketlərdən birinin məhv edildiyi bildirilib. Digər mərmi isə qeyri-yaşayış sahəsinə düşüb.
Dağıntı və tələfat barədə informasiya verilmir.
Qeyd edək ki, İsrail ordu bölmələri Qəzzada geniş quru əməliyyatına başlayıb.