Pezeşkiandan xəbərdarlıq: "Qərb ölkələri iflic vəziyyətinə düşəcək"
4
18:20 - 18 May 2025

"Neft tədarükü kəsilərsə, Qərb ölkələri iflic vəziyyətinə düşəcək və bu halda Qərb özünə stabil tədarükləri təmin etmək üçün Yaxın Şərq dövlətlərini bir-biri ilə toqquşduracaq.
TNS SNN-ə istinadla xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
"Əgər enerji resursları Fars körfəzindən o biri tərəfə tədarük edilməsə, hamı (Qərb ölkələri - red.) iflic vəziyyətinə düşəcək, amma bizi bir-biri ilə vuruşmağa məcbur edəcəklər ki, enerji resurslarımızı istədikləri qiymətə asanlıqla ala bilsinlər , - deyə o bildirib.