Rusiya Ukraynaya dron hücumunda yeni rekord müəyyənləşdirdi
6
14:40 - 18 May 2025

Rusiya ordusu mayın 18-i gecə saatlarında Ukraynaya rekord sayda dronla hücum edib.
TNS focus.ua-ya istinadla xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin komandanlığı məlumat yayıb.
Bildirilir ki, Rusiya müxtəlif tipli 273 pilotsuz uçuş aparatı (PUA) ilə hücum edib. Bu, Rusiya-Ukrayna münaqişəsi başlayandan bəri ən böyük sayda dron hücumudur.
Rusiyanın Ukraynaya qarşı buraxdığı dronların sayına görə əvvəlki rekord cari il fevralın 23-də qeydə alınıb.
Həmin vaxt hücum üçün iki ballistik raketdən və 267 zərbə PUA-sından istifadə olunub.