Close

Yeni Papanın taxta çıxma mərasimi keçirilir - YENİLƏNİB - VİDEO

Roma Papası XIV Leo andiçmə mərasimi çərçivəsində papalıq hakimiyyətinin iki rəmzini alıb: "balıqçı üzüyü" (Papa üzüyü) və palliumu (qoyun yunundan xaçlarla naxışlı lent).

TNS TASS-a istinadla xəbər verir ki, bu qədim mərasim 267-cı Roma Papasının pontifikatının başlamasının rəmzini göstərir.

Papa xütbəsi ilə başa çatacaq inaqurasiya messasına XIV Leonun özü başçılıq edir.

Meydanda çoxsaylı dindarlar, eləcə də xarici ölkələrdən 150-dən çox nümayəndə heyəti, dini konfessiyaların nümayəndələri iştirak edirlər.

13:00

Bu gün Roma Katolik Kilsəsinin yeni rəhbəri seçilən Papa XIV Leo üçün Müqəddəs Pyotr Meydanında taxta çıxma mərasimi keçirilir.

TNS xəbər verir ki, mərasimdə ABŞ vitse-prezidenti Ceyms Devid Vens, Ukrayna lideri Volodimir Zelenski, Kanada Baş naziri Mark Karni və İsrail Prezidenti İshak Hersoq da iştirak edir.

Mərasimi canlı olaraq təqdim edirik: