Sinvar və 10 HƏMAS üzvünün meyiti tuneldən tapıldı
10
11:01 - 18 May 2025

HƏMAS Siyasi Bürosunun keçmiş rəhbəri Yəhya Sinvarın qardaşı Məhəmməd Sinvarın cəsədi Qəzzanın cənubundakı tunellərdən birində tapılıb.
TNS xəbər verir ki, bu barədə “Əl Hədat” telekanalı məlumat yayıb.
Kanalın məlumatına görə, Xan Yunis şəhəri yaxınlığında Sinvarla yanaşı, daha 10 terrorçunun da meyiti aşkarlanıb.
HƏMAS məsələ ilə bağlı hələlik açıqlama verməyib.