ABŞ-də qasırğa nəticəsində 27 nəfər ölüb
8
09:00 - 18 May 2025

ABŞ-nin mərkəzi hissəsində qasırğa nəticəsində azı 27 nəfər ölüb.
TNS xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Məlumata görə, ölənlərin 25-i Missuri və Kentukki ştatlarının payına düşür.
Nəşrin məlumatına görə, bir sıra ştatlarda binalar dağılıb.
Qasırğanın gələn həftənin əvvəlinə qədər davam edəcəyi proqnozlaşdırılır.