Close

Hərbi Dəniz Qüvvələrinə məxsus gəmi Bruklin körpüsünə çırpılıb

ABŞ-ın Nyu-York şəhərində Meksika Hərbi Dəniz Qüvvələrinə məxsus yelkənli təlim gəmisi Bruklin körpüsünə çırpılıb.

TNS xəbər verir ki, bu barədə “New York Post” qəzeti məlumat yayıb.

Məlumata görə, “Kuauteomok” adlı yelkənli gəmidə təxminən 200 nəfər olub.

Şəhər meri Erik Adamsın bildirdiyinə görə, nəticəsində 19 nəfər yaralanıb, onlardan bir neçəsinin vəziyyəti ağırdır.