Close

Orqanlarını internetdə satmaq istəyən şəxs saxlanıldı

Qazaxıstanda daxili orqanlarını internetdə 29,5 min dollara satmaq istəyən şəxs saxlanılıb.

TNS xarici KİV-ə istinadla xəbər verir ki, həmin şəxs Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin apardığı onlayn monitorinq zamanı aşkarlanıb.

Faktla bağlı "insan orqanlarının qanunsuz alqı-satqısı" maddəsi üzrə cinayət işi açılıb. Bu əməlin cəzası beş ilə qədər azadlıqdan məhrumetmə ola bilər.